Son bir həftədə Türkiyədə zərərsizləşdirilən və sərhədi qanunsuz keçmək istəyən terrorçuların sayı açıqlandı

Dünya


Türkiyədə son bir həftədə 44 terrorçu zərərsizləşdirilib ki, bununla da bu il zərərsizləşdirilən terrorçuların sayı 1146-ya çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi keçirdiyi həftəlik brifinq zamanı məlumat verib.

Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk tərəfindən verilən açıqlamaya görə, son bir həftə ərzində qanunsuz yolla sərhədi keçməyə cəhd edən 474 nəfər saxlanılıb ki, bunlardan da 30-u FETÖ üzvü olub.

“Başda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları olmaqla, ölkəmizə qarşı bütün təhdid və təhlükələrə qarşı proaktiv və fasiləsiz həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə 44 terrorçu zərərsizləşdirilib. Beləliklə də bu il zərərsizləşdirilən terrorçuların sayı 1146-ya, 24 iyul 2015-ci ildən bu yana isə 38 min 489-a çatıb”, – deyə o bildirib.

“Son bir həftə ərzində qanunsuz yolla sərhədi keçməyə cəhd edən 474 nəfər saxlanılıb. Bu şəxslərdən 37-si terror təşkilatının üzvü, 30-u isə FETÖ üzvüdür. 4 min 291 nəfərin isə sərhədi keçməmiş qarşısı alınıb. Beləliklə, il ərzində qeyri-qanuni yollarla sərhədlərimizi keçməyə cəhd edərkən saxlanılanların sayı 5 min 756-ya nəfərə çatıb ki, onlardan 285-i FETÖ üzvü olub. Sərhədi keçməzdən əvvəl qarşısı alınanların sayı isə il ərzində 145 min 697 nəfər olub”, – deyə Zeki Aktürk əlavə edib.

Mənbə: Milliyet.com.tr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir