Rusiyalı prodüser Qrant Palaqayev Dağıstan Xalq Assambleyasının keçmiş deputatı Əhməd Həmzəyevin qətlində şübhəli bilinərək həbs edilib.
İstintaqın məlumatına görə, Həmzəyev Palaqayevin Odintsovodakı evində güllələnib. Belə ki, ziyafət zamanı prodüserlə keçmiş deputat arasında münaqişə yaranıb, bundan sonra atışma başlayıb. Palaqayev qolundan yaralanıb, Həmzəyev isə yerindəcə keçinib.
Prodüserin sözlərinə görə, ilk atəş açan Həmzəyev olub, o, qolundan yaralandıqdan sonra huşunu itirib, ayılanda isə keçmiş deputatın meyitini görüb.
Prodüser qətldə ittiham edilərək həbs edilib.
Mənbə: “BAZA” “Telegram” kanalı
16:08
Dağıstan Xalq Məclisinin keçmiş deputatı Əhməd Həmzəyev güllələnərək öldürülüb.
Xəbəri Həmzəyevin qızı təsdiqləyib.
Onun sözlərinə görə, atası artıq dəfn olunub.
Bildirilir ki, qətl avqustun 26-da Moskva vilayətində baş verib.
Qeyd edək ki, may ayında Həmzəyev Moskvada barlardan birinin mühafizəçiləri tərəfindən döyülmüşdü. Həmin vaxt həkimlər onun çənəsinin sındığını bildirmişdilər.
Bar işçilərinin sözlərinə görə, keçmiş deputat ofisiantlara və qonaqlara sataşmış, həmçinin dava salmışdı.
Mənbə: News.ru
www.102info.az