Avstraliya sahillərində qorxunc mənzərə: Bir metr uzunluğundakı qurd hərəkət edən hər şeyə yapışır – VİDEO

Dünya


Çimərlikdə balıq tikəsi ilə qəribə canlının tutulma anı ilə bağlı kadrlar sosial şəbəkə istifadəçilərini həm heyrətləndirib, həm də qorxudub.

Avstraliyada çəkilən kadrlar “YouTube” platformasında paylaşılıb.

Görüntüdə bir şəxsin əlindəki balıq parçasını qumun üstündə gəzdirməsi, bir müddət sonra isə qorxunc görünüşlü bir qurdun tikəni tutması görünür. Bundan sonra videonun müəllifi təəccüblü dərəcədə uzun olan qurdu maqqaşla qumdan çıxarır və kameraya göstərir.

Sosial şəbəkə istifadəçiləri belə qəribə və qorxulu canlıların çimərlikdə qumun altında yaşadığını biləndə dəhşətə gəldiklərini etiraf ediblər.

“Onsuz da Avstraliyadan uzaq qalacaqdım, amma indi onun, ümumiyyətlə, olmadığı bir planetdə yaşamaq istəyirəm”,  “Mən bir daha sahildə ayaqyalın gəzməyəcəyəm, təşəkkür edirəm!” – deyə istifadəçilər videoya şərh yazıblar.

Qeyd edək ki, videoda Avstraliya çimərlik qurdları kimi tanınan “Australonuphis” cinsinin qurdları əks olunub. Üç metrə qədər böyüyə bilən bu canlıların bədəni yüzlərlə seqmentə bölünür. Bu növün qurdlarının çox iti dişləri var. Onlar Avstraliyanın Kvinslend, Yeni Cənubi Uels və Cənubi Avstraliya ştatlarının sahillərində qumlarda yaşayırlar.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir