Türkiyənin Adana şəhərində avtobus qəzası baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Məlumata görə, avtobus naməlum səbəbdən yük maşınına çırpılıb, nəticədə avtobusun sürücüsü və onun köməkçisi ölüblər.
Yaralılar yaxın şəhərdəki xəstəxanalara aparılıblar.
Qəzanın səbəbi araşdırılır.
Mənbə: Haber Global
www.102info.az