İsveçdə Nobel mükafatı mərasimi boykot edilə bilər

Dünya


İsveç siyasətçiləri Rusiya səfirinin Stokholmda baş tutacaq Nobel mükafatları mərasiminə dəvət edilməsi səbəbilə sərt tənqidlər səsləndirməyə başlayıblar.

Onlardan bəziləri hətta tədbiri boykot etməyi planlaşdırırlar.

Qeyd edək ki, ötən gün Nobel Fondu İsveçdə akkreditə olunmuş bütün dövlətlərin, yəni Rusiya və Belarusun da diplomatlarını bu il Stokholmda Nobel mükafatları münasibətilə təşkil olunacaq ziyafətə dəvət etmək niyyətində olduğunu açıqlayıb.

Lakin müxalifət partiyalarının bir neçə lideri öz dəvətlərini ləğv edib, hökumət rəsmiləri isə tədbirdən imtina edilməsi ehtimalını belə nəzərdən keçirmirlər.

Mənbə: RBC-Ukrayna

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir