“Liverpul” və “Bavariya” niderlandlı futbolçunun transferində razılaşdılar

Dünya


“Bavariya”nın niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx karyerasını “Liverpul”da davam etdirəcək.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər transferi razılaşdırıblar. Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. Daha beş milyon avro bonus nəzərdə tutulub.

21 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra beşillik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Qravenberx keçən ilin yayında 18,5 milyon avro qarşılığında Niderland “Ayaks”ından “Bavariya”ya transfer olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir