Ukraynalı əsgərlərin tank əleyhinə minaya düşdükləri anın içəridən görüntüləri: Real döyüş kadrları – VİDEO

Dünya


Ukrayna əsgərlərinin Baxmut istiqamətində Kleşeyevka rayonunda real döyüş kadrları yayımlanıb.

Kadrlarda Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadası əsgərlərinin tank əleyhinə minaya düşdükləri an əks olunub.

Bildirilir ki, bu an ukraynalı döyüşçülərin köhnə ABŞ zirehli transportyoru M113-ün (keçən əsrin 1960-cı illərindən istehsal olunur) içində olmaları onların həyatını xilas edib.  

Belə ki, videodan göründüyü kimi, hər kəs sağ qalıb və hətta müstəqil şəkildə döyüş maşınından çıxa biliblər.

Mənbə: UNİAN “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir