“Harrods” və “Fulham” futbol klubunun keçmiş sahibi, misirəsilli Məhəmməd Əl Fayed 94 yaşında vəfat edib.
Əl Fayed 1929-cu ildə İsgəndəriyyədə anadan olub. Karyerasına qazlı içkilər satmaqla başlayıb, daha sonra tikiş maşını satıcısı kimi fəaliyyət göstərib. O, həyatının üçdəikisini – 60 ildən çoxunu Böyük Britaniyada yaşayıb.
Qeyd edək ki, Əl Fayedin oğlu, kino prodüseri Dodi Əl Fayed 1997-ci ilin avqustun 31-də Şahzadə Diana ilə paparatsiyalardan qaçmağa çalışarkən avtomobil qəzasında həlak olub.
Onu da bildirək ki, bundan əvvəl Əl Fayed Şahzadə Diana və oğlu Dodinin öldüyü qəzanın təhlükəsizlik xidmətləri tərəfindən təşkil olunduğuna əminliyini bildirib.
Mənbə: Sky News
www.102info.az