Küveyt Türkiyədən “Bayraktar”lar alacaq

Dünya


Küveyt Türkiyə ilə 18 ədəd “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatının (PUA) alınması üçün müqavilə bağlayıb.

Bu barədə qardaş ölkənin əmirlikdəki səfiri Tuba Nur Sönməz bildirib.

O, qeyd edib ki, Ankara PUA-ları istənilən zaman təhvil verməyə hazırdır.

Sönməzin sözlərinə görə, Türkiyə Küveytə tələb etdiyi bütün hərbi texnikaları tədarük etmək imkanına malikdir.

Qeyd edək ki, Küveyt Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə ilə “Bayraktar TB2” PUA-larının tədarükü ilə bağlı sazişin dəyəri 367 milyon dollardır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir