Tokayev Qazaxıstan hökumətində kadr dəyişiklikləri edib

Dünya


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir neçə nazir vəzifəsinə yeni təyinatlar həyata keçirib.

Müvafiq qərarlar dövlət başçısının internet saytında dərc olunub.

Sənədlərə əsasən, sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bir gün əvvəl yaradılan Nəqliyyat Nazirliyinə rəhbər təyin edilib, Arman Şakkəliyev isə ticarət naziri olub. Turizm Nazirliyinin rəhbəri vəzifəsini Yermek Marjikpayev tutub. Mədəniyyət və informasiya naziri isə Aida Balayeva olub.

Qeyd edək ki, sentyabrın 1-də Tokayev dövlət başçısının administrasiyasının strukturunun yenidən təşkili haqqında fərman imzalayıb. Sənədə əsasən, prezident administrasiyası rəhbərinin müavinləri vəzifələri ləğv edilib. Yenilənmiş struktura prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, aparat rəhbəri, prezidentin köməkçiləri, müşavirləri, həmçinin prezident administrasiyasının şöbələri daxil olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir