Amerika kəşfiyyatçısı: “Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə yaradacaq” – FOTO

Dünya


“Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə yaradacaq. Çünki fransız siyasi elitaları Afrikanın uzun müddət istismarı ilə var-dövlət qazanıblar”.

Bunu Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı və BMT müfəttişi Skott Ritter bəyan edib.

Onun sözlərinə görə, hazırda Qabonda baş verənlər Afrikada müstəmləkəsizləşdirmə prosesinin davamıdır.

Ritterin fikrincə, Afrikada baş verən hadisələr qitədəki keçmiş müstəmləkələrini iqtisadi, siyasi və hərbi cəhətdən nəzarətdə saxlamaq istəyən Parisə xüsusilə təsir göstərəcək:

“Bundan əlavə, Qabon Fransa üçün uran mənbəyi olub və ona nüvə enerjisi sahəsində müstəqillik verib. Fransanın üzərində ekzistensial təhlükə var. Fransanın Afrika ilə geniş iqtisadi əlaqələri var, onun qəfil pozulması siyasətə təsir edəcək. Çünki Fransız siyasi elitaları Afrikanın uzun müddət istismarı ilə var-dövlət qazanıblar.

İnanıram ki, Afrika oyanır və başa düşməyə başlayır ki, Mali, Burkina Faso, Qvineya, Niger, Qabon və digər ölkələrin xalqı daxili xaos və yoxsulluq bataqlığındadırlar, siyasi və iqtisadi elita isə çiçəklənir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir