Rostovda ağır qəzada 4 nəfər ölüb

Dünya


Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda yük maşını ilə yük avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb.

Bu barədə Rostov vilayətinin prokurorluğunun Mətbuat Xidmət məlumat yayıb.

“Bu gün, 2023-cü il sentyabrın 3-də Zimovnikovski rayonu ərazisində avtomobil yolunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində dörd nəfər ölüb”, – məlumatda deyilib.

Mətbuat Xidməti aydınlaşdırıb ki, hadisə ilə bağlı cinayət işi açılıb, prokurorluq təhqiqatın gedişini nəzarətə götürüb, həmçinin yol hərəkəti təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı yoxlama təşkil edib.

www.102info.az