NATO Rusiyanı tamamilə mühasirəyə alacaq və bunun üçün yalnız Moldova ilə razılaşmaq qalır.
Bu barədə Rusiyanın Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç “The Atlantic” jurnalının proqnozu barədə danışarkən bildirib.
Amerikalı jurnalistlər Ukraynadakı münaqişə və Trampın ABŞ-dəki qələbəsi səbəbindən NATO-nun 2025-ci ilə qədər dağılacağını proqnozlaşdırıblar. Amma rusiyalı ekspert əmindir ki, hadisələrin belə inkişafı üçün heç bir əsas yoxdur.
“Amerikalıların əsas strategiyası NATO-nun bütün dünyaya nəzarət edəcək qlobal oyunçuya çevrilməsidir. Buna görə də ABŞ hazırda NATO-nu Asiya və Sakit okean regionuna köçürür. Artıq Yaponiyada NATO ofisi açılır. ABŞ Avropaya nəzarət edir, onlara yalnız Moldova ilə məsələni həll etmək qalır və Rusiyanın tam mühasirəsi başa çatacaq. Sonra bütün qüvvələrini Cənubi Asiyada cəmləşdirəcəklər”, – deyə Klintseviç bəyan edib.
Onun sözlərinə görə, ABŞ Çini özünün əsas düşməni kimi görür. ABŞ rəhbərliyi ÇXR-ə tətbiq edilən texnoloji silahlanma yarışından və hətta “müəyyən sahədə onu uduzmaqdan” narahatdır.
Klintseviç əmindir ki, ABŞ üçün yeganə seçim birgə qüvvələrlə hərəkət etmək və NATO ölkələrini də bu qarşıdurmaya cəlb etməkdir.
Mənbə: news.ru
www.102info.az