Azərbaycan idmançısından Almaniyada uğurlu nəticə – FOTO

Dünya


Azərbaycan yığmasının üzvü Aqata Zəhrabəyova sentyabrın 1-3-də keçirilən atçılıq idmanının dresaj növü üzrə Almaniyanın açıq çempionatında uğurlu çıxış edib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, o, 25 idmançının iştirakı ilə baş tutan həlledici mərhələdə 3-cü yeri tutub.

Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır və ölkəmizi Avropanın ən mötəbər turnirlərində təmsil edir.

www.102info.az