Avropa İttifaqının vəzifəli şəxsinin İranda həbsdə olduğu üzə çıxdı – FOTO

Dünya


Avropa Birliyində işləyən İsveç vətəndaşı 500 gündən çoxdur ki, İranda həbsdə saxlanılır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“The New York Times” qəzetinin xəbərinə görə, onun həbsi bir ildən artıqdır ki, İsveç və Avropa Birliyi səlahiyyətliləri tərəfindən gizli saxlanılır.

“Tehran fürsətçi şəkildə ikili vətəndaşlığı olan iranlıları və əcnəbiləri qondarma ittihamlarla həbsə atır. Məqsəd isə onları Avropa və Amerikada saxlanılan məhbuslarla mübadilə etmək, maliyyə resursları və digər imtiyazlar əldə etmək üçün onlardan təzyiq vasitəsi kimi istifadə etməkdir”, – deyə qəzetin hesabatında bildirilib.  

Qəzet İranda həbs edilən şəxsin kimliyini də açıqlayıb. “33 yaşlı İsveç vətəndaşı Yuhan Flodrus Avropa İttifaqı ilə bağlı qurumlarda bir neçə vəzifə tutub. O, ötən ilin yazında İrana turistik səfər edib. Həmin il aprelin 17-də geri qayıtmaq istəyərkən hava limanında həbs edilib”, – deyə qəzet qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir