ABŞ-nin Nevada ştatında səhrada keçirilən ənənəvi “Burning Man” festivalının iştirakçıları çıxılmaz vəziyyətlə qarşılaşıblar.
Belə ki, yağan aramsız leysan səhranı bataqlığa çevirib və minlərlə insan bölgədə qapalı vəziyyətdə qalıb.
Yalnız bir neçə gün sonra yağışlar səngiyib və festival iştirakçılarına hərəkət etməyə icazə verilib.
Bununla belə ərazidə uzun tıxac yaranıb, bəzi avtomobillər palçığa bataraq hərəkət edə bilməyiblər.
Mənbə: Haber Global
www.102info.az