Peter Siyarto: “Gürcüstan payızda Aİ-yə namizəd statusu almalıdır”

Dünya


“Gürcüstan payızda Aİ-yə namizəd statusu almalıdır. Ölkə bunun üçün hər şeyi edib”.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Gürcüstanın namizədliyi statusu ilə bağlı qərar siyasi məsələdir və biz Avropa İttifaqından bu siyasi öhdəliyi, payızda qəbul ediləcək siyasi qərarı tələb edirik”, – o bəyan edib.

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili cavab olaraq həmkarına verdiyi dəstəyə görə təşəkkür edib.

“Biz tam dərk edirik ki, Avropa İttifaqına daxil olmaq müəyyən öhdəliklərlə bağlıdır. Bu, uzunmüddətli, lakin nəticəyə yönəlmiş prosesdir. Gürcüstan öz öhdəliklərini yerinə yetirmək və Aİ-yə üzv olmaq üçün güclü iradə nümayiş etdirib”, – deyə gürcü nazir qeyd edib.

Mənbə: Sputnik

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir