Tayvan adasının Birləşmiş Millətlər Təşkilatında (BMT) öz təmsilçiliyi üçün heç bir hüquqi əsası yoxdur.
Bunu çərşənbə axşamı keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Mao Nin deyib.
“BMT-nin Baş Assambleyasının 2758 saylı qətnaməsi qəbul edildikdən sonra siyasi, hüquqi və prosessual baxımdan Çin Xalq Respublikasına (ÇXR) Tayvan adası da daxil olmaqla, bütün Çini təmsil etmək hüququ verilib. Bu o deməkdir ki, Çindən olan nümayəndəyə BMT-də yalnız bir yer verilə bilər. Beləliklə, BMT-də həm iki Çindən, həm də Çin və Tayvandan iki nümayəndənin olması üçün heç bir əsas yoxdur”, – deyə ÇXR XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Daha əvvəl Tayvanın xarici siyasət idarəsi müttəfiqlərindən onun BMT-yə daxil olması məsələsini gələn həftə açılışı olacaq Baş Assambleyada (BA) qaldırmağı xahiş edib. Departament rəhbərinin müavini Tian Cunquanın sözlərinə görə, Taybey də həmçinin müttəfiqlərdən BMT-nin baş katibi Antoniu Quterreşə müvafiq müraciətlə mesaj göndərməyi xahiş edib.
Onun sözlərinə görə, BMT BA-nın 2758 saylı qətnaməsində (“Çin Xalq Respublikasının Birləşmiş Millətlər Təşkilatında qanuni hüquqlarının bərpası”) Tayvanın adı çəkilmir və ÇXR hakimiyyətinə BMT strukturunda adanın 23 milyon əhalisini təmsil etmək səlahiyyəti verilmir.
www.102info.az