Ukrayna Ali Radası Rustem Umerovun ölkənin müdafiə naziri təyin edilməsini təsdiqləyib.
Rustem Umerovun təyin olunmasının lehinə 338 deputat səs verib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl müdafiə naziri Aleksey Reznikovun istefaya göndərilməsi ilə bağlı qərarını açıqlamış və bu vəzifəyə “Səs” partiyasından deputat Rustem Umerovun namizədliyini irəli sürmüşdü.
Rustem Umerov 2022-ci ildə Dövlət Əmlak Fonduna rəhbərlik edib, bundan əvvəl isə Radanın deputatı və İnsan Hüquqları və işğal olunmuş ərazilərin işğaldan azad edilməsi komitəsinin katibi kimi fəaliyyət göstərib.
Mənbə: UNİAN “Telegram”
www.102info.az