Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Fransadan Afrika ölkəsinin ərazisindən qoşunlarının çıxarılması qrafikini müəyyənləşdirməyi tələb ediblər. Bu barədə “Əl Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirib.
Verilən məlumata əsasən, tərəflər yalnız Afrikanın Sahel “Barxan”ında fəaliyyət göstərən fransız qoşunlarının çıxarılmasını müzakirə edirlər. Telekanal danışıqların gedişi ilə bağlı digər bir məlumat verməyib.
Xatırladaq ki, Nigerdə üsyançıların yaratdığı “Vətənin Qurtuluşu Milli Şurası” Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.
Mənbə: TASS
www.102info.az