Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, Ukraynanın əksər vilayətləri hava zərbələrinə məruz qalıb.
“10-a qədər qanadlı raket (onlardan biri ballistik raketdir) hücumu olub. Hava zərbələrinin hamısının qarşısı alınsa da, onların qalıqları evlərə və obyektlərə ziyan vurub”, – deyə jurnalist əlavə edib.
Mübariz Aslanov onu da bildirib ki, Xersona endirilən zərbə nəticəsində həmyerlimizə məxsus ev də dağıntıya məruz qalıb.
Ətraflı videonu təqdim edirik:
www.102info.az