Rusiyalı hakerlər ukraynalı hərbçilərin mobil cihazlarına hücum edir

Dünya


Rusiyalı hakerlər Ukrayna ordusunun hərbçilərinin mobil cihazlarına hücum edirlər.

Bu barədə yerli KİV Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir.

Qeyd olunub ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsi (BKİ) ilə əlaqəli hakerlər Ukraynanın davam edən əks-hücum əməliyyatı üçün son dərəcə vacib olan məlumatları oğurlamağa çalışırlar. Bunun üçün onlar zərərli proqram təminatlarından istifadə edirlər və bu cür proqramlarla Ukrayna hərbçilərinə məxsus “Android” əsaslı mobil cihazlara hücum edirlər.

ABŞ kibertəhlükəsizlik rəsmiləri və onların Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiyadan olan həmkarları “Infamous Chisel” zərərli proqram təminatı ilə bağlı xəbərdarlıq ediblər. Proqram faylları skan edir, kommunikasiyalara monitorinq həyata keçirir və vaxtaşırı həssas məlumatları oğurlayır.

ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Mühafizəsi Agentliyi (CISA) proqramı yoluxmuş Android cihazına daimi girişi təmin edən, qurban haqqında məlumatları vaxtaşırı toplayan və oğurlayan komponentlər toplusu kimi təsvir edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir