“Haikui” qasırğası iki günə Çinə yarım milyard dollardan çox ziyan vurdu – FOTO/VİDEO

Dünya


Çinin Fujyen əyalətində “Haikui” qasırğası ilə əlaqədar 300 minə yaxın insan təxliyə edilib, iki nəfər ölüb.

Fujyen əyalətinin daşqın və quraqlıqla mübarizə üzrə qərargahının verdiyi məlumata əsasən, daşqınlar burada yaşayan 1,6 milyona yaxın insana zərər vurub. Qasırğa 10 min hektara yaxın əkin sahəsini yuyub aparıb, 2,5 mindən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Birbaşa iqtisadi zərər 700 milyon dollardan (1,1 milyard manat) çox təşkil edib.

Xatırladaq ki, “Haikui” tropik qasırğası sentyabrın 5-də Çinin cənubundakı Quandun və şərqi Fujyen əyalətlərini vurub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir