Cənubi Amerikada 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq uğrunda keçirilən oyunların 1-ci turunda Argentina Ekvadorla qarşılaşıb.
Oyun sonuncu dünya çempionlarının 1:0 hesablı qələbəsi ilə bitib.
Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində cərimə zərbəsindən Lionel Messi vurub.
Məlumat üçün qeyd edək ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda çıxış edəcək.
Argentina – Ekvador – 1:0
Qol: Messi, 78
www.102info.az