“Aerogulf” şirkətinə məxsus “Bell 212” helikopteri cümə günü axşam təlim uçuşu zamanı dənizə düşüb.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Baş Mülki Aviasiya İdarəsi məlumat yayıb.
“Sentyabrın 7-də təxminən saat 20:30-da (Bakı vaxtı ilə eyni – red.) idarəyə “Aerogulf” şirkətinə məxsus “Bell 212” helikopterinin dənizə düşməsi barədə məlumat daxil olub. Helikopterin göyərtəsində iki pilot olub: onlardan biri Misir, digəri isə Cənubi Afrika Respublikasının (CAR) vətəndaşı olub. Helikopter gecə saatlarında təlim uçuşu həyata keçirib və Əl-Məktum Beynəlxalq Hava Limanından (Dubay) havaya qalxıb”, – deyə idarənin verdiyi məlumatda deyilir.
Baş idarə, həmçinin qeyd edib ki, qəzanın baş verdiyi təxmin edilən yerə bir neçə axtarış qrupu gedib və ekipaj üzvlərini axtarır. Hadisə yerinə Aviasiya Qəzaları Təhqiqat Komissiyasının nümayəndələri də gediblər.
Mənbə: TASS
www.102info.az