Bu il Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkənin cənubunda məqbərəni partlatmaq cəhdinin və paytaxtda silahlı hücumun qarşısını alıblar.
Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturu Şurasının iclasında idarənin sədr müavini Ruslan Seysembayev məlumat verib.
“İndiki dövrdə Qazaxıstanda terror təhlükəsi davamlı olaraq yüksək qalır. Hər il ən azı iki terror aktının qarşısı alınır. Təkcə bu il hazırlıqların ilkin mərhələsində Türküstanda Xoca Əhməd Yasəvinin məqbərəsində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması cəhdlərinin, eləcə də Astanada insanların sıx toplaşdığı yerlərdə silahlı hücumun qarşısı alınıb”, – deyə R.Seysembayev bildirib.
Mənbə: ТАSS
www.102info.az