Türkiyəli gəncin ölümündən sonra Fransa yenidən kütləvi etirazların astanasındadır

Dünya


Fransa hökuməti ölkə vətəndaşlarına müraciət edərək hamını asayiş qaydalarına riayət etməyə çağırıb.

Bu çağırış Paris yaxınlığında 16 yaşlı türkiyəli gəncin motosikleti polis maşını ilə toqquşandan sonra şübhəli şəkildə həlak olmasından sonra edilib.  

Zərərçəkmişin ailəsinin vəkili ölüm hadisəsinə görə polisləri ittiham edir.

O iddia edir ki, polis gənci təqib etməyə başlayıb, daha sonra xidməti avtomobili motosikletə çırpıb və nəticədə faciə yaşanıb.

Prokurorlar isə bildiriblər ki, iki polis məmuru qəsdən törədilməmiş ölüm faktına görə saxlanılıb, onlar  istintaq yekunlaşana qədər həbsdə qalacaqlar. Lakin bu açıqlamadan bir neçə saat sonra polislər azadlığa buraxılıblar.

Polislər istintaqa bildiriblər ki, gənc motosikletini səki ilə idarə edərkən göstərişə uyğun olaraq dayana bilməyib və yol ayrıcında polis avtomobilinə çırpılıb.

Sözügedən hadisə Paris yaxınlığında əlcəzairəsilli 17 yaşlı gəncin polis tərəfindən güllələnərək öldürülməsindən iki ay sonraya təsadüf edib.

Xatırladaq ki, həmin hadisə Parisdə və ölkənin bir sıra şəhərlərində beş gün davam edən iğtişaşlara və talanlara səbəb olmuşdu. Etirazçılar polisi zorakılıqda, həmçinin irqi ayrı-seçkilikdə ittiham edirdilər. 

Polislərin Həmkarlar İttifaqından isə bildirilib ki, artıq Fransanın iğtişaşlarla mübarizə bölməsinin elit dəstələri qəzanın baş verdiyi Elankur şəhərinə tərəf yola düşüblər.

Vəkil Yasin Buzru onu da əlavə edib ki, həyatını itirən gənc Fransa-Türkiyə ikili vətəndaşlığına malik olub.

Hökumət sözçüsü Olivye Veran isə bildirib ki, yalnız davam edən təhqiqat qəzanın dəqiq səbəblərini müəyyən edəcək.

Mənbə: Trtworld

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir