Lavrov: “Türk axını”nı partlatmaq cəhdlərinə dair əlimizdə məlumatlar var”

Dünya


“Türk axını” və “Mavi axın” qaz kəmərlərinin partladılmasına cəhd edilib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

O, partlayışı kimin həyata keçirməyə cəhd etdiyini açıqlamayıb.

“Rusiyada Qara dənizdə “Türk axını” və “Mavi axın” qaz kəmərlərini partlatmaq cəhdlərini göstərən məlumatlar var”, – deyə Lavrov bildirib.

XİN rəhbəri partlayışa cəhddə kimin məsuliyyət daşıdığını açıqlamayıb, lakin qeyd edib ki, Ukrayna enerji obyektlərini qoruyan mülki və hərbi gəmilərə hücum etmək üçün regiondakı humanitar dəhlizlərdən istifadə edir.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir