Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədi yaxınlığında toplanması və sərhəddə artan gərginlik məsələsini müzakirə edib.
Ermənistan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, Şoltsla söhbətində baş nazir gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib.
Şolts öz növbəsində regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqların aparılmasını xahiş etmişdi.
Mənbə: Erməni KİV
www.102info.az