Keçmiş sevgilisini döyməkdə ittiham edilən futbolçu: “Mənim də anam, bacım var”

Dünya


Braziliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antonio keçmiş sevgilisi Qabriela Kavalyinə şiddət göstərməkdə ittiham olunması barədə danışıb.

23 yaşlı forvard ittihamları rədd edib:

“Qadına qarşı şiddəti dəstəkləmirəm. Tamamilə yanlışdır, yüz faiz yanlışdır. Mənim də anam, bacım var, bunun onların başına gəlməsini qətiyyən istəmərəm. Qadına vurmaq ağlımın ucundan belə keçmir. Həqiqətin ortaya çıxacağını bilirəm. Məni qınayan çox insan var. Amma o qıza heç nə etməmişəm. Heç bir qadına vurmadığıma yüz faiz əminəm. Bunu sübut edəcəyəm. İnsanlar həqiqəti görəcəklər”.

Antonio Braziliya millisinin heyətindən kənarlaşdırılmasını çətin keçirdiyini və buna görə özünü pis hiss etdiyini vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir