Sudanın paytaxtı Xartumda hava hücumları nəticəsində azı 35 nəfər həlak olub.
Məlumata görə, daha 25 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hava zərbələri Xartumun cənub ətraflarına endirilib və xüsusilə yaşayış məntəqələri intensiv atəşə tutulub.
Sudan Çevik Reaksiya Qüvvələri hadisədə ordunu günahlandırıb.
Qeyd edək ki, Sudanda vəziyyət aprel ayında ordu rəisi Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanının kimin olması ilə bağlıdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin məlumatına görə, Sudanda münaqişə nəticəsində artıq dörd mindən çox insan həlak olub.
Mənbə: TASS
www.102info.az