Rusiyalı hakerlər Türkiyədə kibercinayətlərin artmasına səbəb olublar

Dünya


Səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk edən proqramçılar arasında olan haker qrupları tərəfindən Türkiyədə törədilən kibercinayətlərin sayı artıb.

Miqrant rusiyalıların bəziləri pulları yumaq və bütün dünyada kompüterlərdən toplanmış məlumatları Avropa məlumat bazarına satmaq üçün yerli cinayətkarlarla birləşir, xırda onlayn fırıldaqlara əl atırlar.

Yerli polisin nəzərini cəlb etməmək üçün cinayətkarların diqqətli hərəkət etdiyi və onların qurbanlarının çox vaxt qeyri-Türkiyə vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, oğurlanmış məlumatlar əksər antivirusların qorunmasından yan keçən “Redline” zərərli proqramından istifadə etməklə toplanır. Mütəxəssislər hesab edirlər ki, bu virus təsadüfən kompüterlərə pirat video oyunları və proqram təminatı yükləyən insanlar tərəfindən quraşdırılır.

Mənbə: rbc.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir