Türkiyədə “Kim milyonçu olmaq istəyir” müsabiqəsində milyonluq mükafat udulub – VİDEO

Dünya


Türkiyədə yayımlanan “Kim milyonçu olmaq istəyir” verilişində 24 yaşlı iştirakçı Rabia Birsen Göğercin bir milyon türk lirəsi (63 300 manat) dəyərində olan sualı cavablandıraraq müsabiqənin qalibi olub. 

O, “Türkiyədə 81 region adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?” sualında doğru seçim edərək müsabiqənin ən yüksək məbləğli mükafatını qazanıb.

Məlumat üçün əlavə edək ki, Rabia Birsen Göğercin Ankaranın Qazi Universitetinin Biologiya fakültəsini bitirib.

O, ötən il sağ qolunun bir hissəsini ətçəkən maşında iş görərkən itirib və hazırda protez qoldan istifadə edir.

Mənbə: Atv.com.tr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir