Özbəkistan XİN Qarabağda keçirilmiş “seçkiləri” tanımadığını bəyan edib – FOTO

Dünya


Özbəkistan növbəti dəfə rəsmi şəkildə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağda keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkədə hesabındakı paylaşımda qeyd olunur.

“Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır”, – paylaşımda qeyd edilib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir