“Rosatom” Uzaq Şərqdə güclü atom elektrik stansiyası tikmək istəyir

Dünya


Rusiyanın “Rosatom” korporasiyası Uzaq Şərqdə güclü atom elektrik stansiyası (AES) tikmək niyyətindədir.

Bu barədə korporasiyanın baş direktor müavini Kirill Komarov Şərq İqtisadi Forumu çərçivəsində bildirib.

Kirill Komarov Uzaq Şərqdə güclü atom elektrik stansiyasının inşa edilə biləcəyini deyib. 

“Tamamilə mümkündür ki, yüksək gücdə AES-in tikintisi üçün uyğun ərazilər tapılsın”, – deyə Komarov vurğulayıb.

Qeyd edək ki, Rusiya 2045-ci ilə qədər ölkənin elektrik enerjisi təchizatında nüvə enerjisinin payının 20%-dən 25%-ə çatdırılmasını planlaşdırır.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir