Ural Hava Yollarına məxsus təyyarənin ekipajı onu taxıl zəmisinə endirib.
Bu barədə Novosibirsk vilayətinin Ubinski rayonunun rəhbəri Oleq Konyuk bildirib.
“Böyük taxıl zəmisinə eniş edildi. Yaxşı ki, bu yeri tapdıq. Bu, bizim buradakı ən böyük tarlamızdır”, – deyə Konyuk bildirib.
Qeyd edək ki, Soçidən Omska uçan təyyarə texniki səbəblərdən Novosibirsk hava limanına eniş etmək istəyib. Ancaq Novosibirsk vilayətinin Ubinski rayonunda zəmiyə enə bilib. Təyyarədə 23 uşaq və altı ekipaj üzvü olmaqla 159 sərnişin olub.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Sərnişinlər təxliyə ediliblər. Qərbi Sibir Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: TASS
www.102info.az