Liviyanın şimal-şərq bölgələrinə yağan leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı üç minə çatıb.
“Hazırda ölkədə təbii fəlakət qurbanlarının sayı üç min nəfərdir, itkin düşənlər isə minlərlədir”, – deyə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, daha əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının iki minə yaxın olduğu bildirilirdi.
Mənbə: TASS
www.102info.az