Türkiyədə yayımlanan “Kim milyonçu olmaq istəyir” verilişində bir milyon türk lirəsi (63 300 manat) dəyərində olan sualı cavablandıraraq müsabiqənin qalibi olan 24 yaşlı iştirakçı Rabia Birsen Göğercinə iş adamı Mustafa Düğer tərəfindən gözlənilməz jest edilib.
Məlumata görə, Mustafa Düğer qızın protez məsrəflərini pulsuz qarşılayacağı barədə açıqlama verib.
Qeyd edək ki, Rabia Birsen ötən il sağ qolunun bir hissəsini ətçəkən maşında iş görərkən itirib və hazırda protez qoldan istifadə edir.
Mənbə: Haber Global
www.102info.az