Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası İcevanda (əsl adı Karvansara – red.) yeni əməliyyat bazasını açıb.
Bu barədə Aİ-nin monitorinq missiyasının “X” sosial şəbəkə hesabında məlumat verilib.
Məlumatda qeyd olunur ki, açılış mərasimində Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı səfiri Vassilis Maraqos, müdafiə nazirinin müavini Karen Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan iştirak ediblər.
🔔Today marks the opening of #EUMA operating base in Ijevan
🤝HoM Markus Ritter together with Head of @EU_Armenia, Ambassador Vassilis Maragos, Deputy Defence Minister Hrachya Sargsyan, & Governor of Tavush Province Hayk Ghalumyan cut the ribbon to the new EUMA offices in Tavush pic.twitter.com/YNy5pclK9x
— European Union Mission in Armenia (@EUmARMENIA) September 12, 2023
Xatırladaq ki, 2023-cü ilin avqust ayının 4-də Aİ-nin monitorinq missiyası Ermənistanın Sünik rayonunda – Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində əməliyyat mərkəzi açmışdı. Bu, Aİ-nin Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə isə üçüncü əməliyyat bazası oldu. Hələ o zaman Aİ-nin monitorinq missiyasının rəhbəri Markus Ritter bildirmişdi ki, Aİ ümumilikdə Ermənistanda altı belə mərkəz açmağı planlaşdırır.
www.102info.az