Van Qoqun muzeydən oğurlanan tablosu tapılıb

Dünya


Niderlandda 2020-ci ildə Singer Laren Muzeyindən oğurlanan Vinsent Van Qoqun tablosu tapılıb.

Rəsmin axtarışını Niderland polisi və məşhur incəsənət detektivi Artur Brand birgə aparıblar. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Brandın özü tez-tez oğurlanmış sənət əsərinin qaytarılması ilə bağlı çağırışlar ediblərmiş.

Nəhayət, bu çağırışlar öz bəhrəsini verib. Təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən bir şəxs oğurlanmış rəsm əsərini Branda verib.

Qeyd edək ki, Van Qoqun bu əsərinin dəyəri üç milyon avro ilə altı milyon avro arasında qiymətləndirilir.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir