BP-nin baş icraçı direktoru istefa verib

Dünya


BP şirkətinin baş icraçı direktoru Bernard Luni istefa verib.

Bu barədə şirkətə istinadən xəbər yayılıb.

Məlumata görə, bu vəzifənin icrası müvəqqəti olaraq şirkətin maliyyə direktoru Mürrey Aukinklosa həvalə edilib.

B.Luninin istefa səbəbi açıqlanmasa da, məsələnin onunla bağlı ötən ilin mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal edilir.

Belə ki, anonim mənbə onun şirkətdə olan digər həmkarları ilə şəxsi münasinətlərinin araşdırıldığını bildirmişdi. Həmin araşdırma B.Luninin CEO olmamışdan öncəki davranışlarında şirkətin kodeksindən kənar hər hansı hal aşkar etməyib.

Bu yaxınlarda oxşar şikayət daxil olub və araşdırma yenidən başlanıb.

Qəfil istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi ifadələr heç də tam deyil.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir