ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara “F-35” qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi bildirib.
Qeyd olunub ki, söhbət 25-ə qədər döyüş təyyarəsinin alınmasından gedir.
Departament əmin edib ki, bu avadanlığın tədarükü ABŞ-nin döyüş hazırlığına xələl gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”.
Mənbə: TASS
www.102info.az