Rusiyanın Saratov şəhərinin Qaqarinski rayonunda qaz kəmərində güclü yanğın olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində iki hektar otluq ərazi yanıb. Xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerində fövqəladə xidmət əməkdaşları cəlb ediliblər.
Bir müddət sonra regional hökumətin nümayəndəsi Yuri Yurin yanğının tamamilə nəzarət altına alındığını bildirib.
Mənbə: TASS
www.102info.az