Belçikada seksual maarrifləndirmə ilə bağlı dərslərə görə dörd məktəb yandırılıb – FOTO/VİDEO

Dünya


Belçikada cinsi maarifləndirmə dərslərinə görə dörd məktəb yandırılıb.

Bu barədə Şarlerua şəhərinin prokuroru Vinsent Fiass məlumat verib.

Hüquq-mühafizə orqanları təhsil müəssisələrində “Evras” məktəb proqramını sərt şəkildə tənqid edən qeydlər tapıblar. Burada söhbət xüsusən də cinsi maarifləndirmə dərslərindən gedib.

Həmçinin başqa məktəblərin divarlarında “No Evras” ifadəsi də yazılıb ki, bu da münasibətlər, bağlılıq və seksuallıq kursuna etiraz deməkdir. Bu dərs 11-12, həmçinin 15-16 yaşlı uşaqlar üçün keçirilir və intim sfera ilə bağlı suallara cavab vermək üçün nəzərdə tutulub.

Belçikanın təhsil naziri Karoline Dezir etirazı və valideynlərə yönəlmiş dezinformasiya kampaniyasını tənqid edib.

“Təbii ki, biz gənclər arasında hiperseksualizmi təşviq etmək fikrində deyilik. Uşaqları bu mövzu ilə qorxutmaq tamamilə yolverilməzdir”, – deyə nazir bildirib.

Qeyd edək ki, kurs komiks şəklində hazırlanmış kitablar seriyasından ibarətdir. Layihə müəlliflərinin sözlərinə görə, dərslərin məqsədi şagirdləri yetkinlik dövründə özlərinə verdikləri suallara cavab vermək, onları potensial təhlükəli və ya problemli vəziyyətlərdən, o cümlədən cinsi zorakılıq, yaxud gender stereotiplərindən qorumaqdır.

Bu kursa əsasən, islam birlikləri və fundamentalist katoliklərin təşkilatları qarşı çıxıb.

Hazırda polis qanunu pozanları axtarır.

Mənbə: VRT.be

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir