ABŞ Prokurorluğu silah saxlamaqla əlaqədar cinayətlərə görə Prezident Co Baydenin oğlu Hanter Baydenə qarşı ittiham irəli sürüb.
Bu barədə NBC televiziyası məlumat verib.
Bildirilib ki, Hanter Bayden əsasən 2018-ci ildə “Colt Cobra” revolverini aldığı zaman narkotikdən istifadə etmədiyi barədə yalan danışmaqda ittiham olunur.
Digər ittiham isə onun silaha sahib olduğu zaman narkotikdən istifadə etməsi ilə bağlıdır.
www.102info.az