Liviyada daşqınlardan sonra 50-dən çox uşaq sudan zəhərlənib

Dünya


Liviyada daşqınlardan sonra suyun çirklənməsi səbəbindən 55 uşaq zəhərlənib.

Bu barədə sentyabrın 15-də Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Heydər əl-Saih məlumat verib.

O, təbii fəlakətlər nəticəsində su basmış ərazilərin boşaldılmasını tələb edib.

Xatırladaq ki, sentyabrın 10-da Liviyada güclü yağışlar nəticəsində daşqınlar baş verib. Ölkənin hava və dəniz limanları bağlanıb. Sus və Dərnə şəhərləri təbii fəlakət zonası elan edilib.

Daşqın qurbanlarının sayının 11 mini keçdiyi, itkin düşənlərin sayının isə 20 minə yaxın olduğu bildirilib.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir