Şimali Makedoniya hakimiyyəti heç bir izahat vermədən Rusiyanın Skopyedəki səfirliyinin üç diplomatını “arzuolunmaz şəxs” elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın departamentin saytında dərc olunmuş şərhində deyilir.
“Şimali Makedoniya hakimiyyətinin məsuliyyətsiz və düşməncəsinə hücumu cavabsız qalmayacaq”, – Zaxarova açıqlamasında vurğulayıb.
Mənbə: gazeta.ru
www.102info.az