Ərdoğan: “Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik”

Dünya


“Avropa İttifaqı Türkiyədən qopmağa çalışır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçiriləcək 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl Atatürk Hava Limanındakı mətbuat konfransında deyib.

O, Avropa Parlamentinin (AP) 2022-ci il hesabatında yer alan Türkiyənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

“Əziz dostlar, mənim qiymətləndirməmi çox dəqiq bilmək istəyirsinizsə, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Onun bu istiqamətdə addımlar atdığı bir dövrdə biz də proseslərə qiymət verəcək və bu qiymətləndirmələrdən sonra Avropa Birliyi ilə yollarımızı ayıra bilərik”, – deyə dövlət başçısı bəyan edib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir