Avstriya Prezidenti Aleksandr Van der Bellen ölkənin hava yollarına məxsus təyyarədə yaranan texniki nasazlıq səbəbindən BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka uça bilməyib.
Məlumata görə, təyyarənin əvəzinə dərhal digərini tapmaq mümkün olmayıb.
Bildirilir ki, Sloveniya Prezidenti Nataşa Pirts-Musar da Van der Bellenlə eyni təyyarədə uçmalı idi.
Qeyd olunur ki, insident səbəbindən hər iki dövlət başçısı Nyu-Yorka “bir qədər gecikmə ilə” gedəcəklər.
Mənbə: TASS
www.102info.az