İran altı milyard dolları aldıqdan sonra ABŞ ilə məhbus mübadiləsi aparacaq

Dünya


İranın Cənubi Koreyada dondurulmuş altı milyard dollarlıq aktivləri ölkənin Qətərdəki hesablarına daxil olduqdan sonra ABŞ ilə məhbusları dəyişdirəcək.

Məlumata görə, yaxın bir-iki gün ərzində ABŞ-nin sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş vəsait Qətərin iki bankındakı hesablara köçürüləcək.

İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında məhbusların mübadiləsi planlaşdırılır.

İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, məhbusları 5-5 formatında mübadilə etmək razılaşdırılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir